“The Washington Post”: “Eurovision” Azərbaycandakı islahatların nəticələrinin nümayiş olunması üçün ideal səhnədir

 

 Bu günlərdə bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdir. "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar dünya mətbuatında Azərbaycana dair operativ məlumatlar yayılır. Belə məlumatlardan biri "The Washington Post" qəzetində "Eurovision" Azərbaycandakı islahatların nəticələrinin nümayiş olunması üçün ideal səhnədir" sərlövhəli yazıdır.

Qəzet yazır ki, Bakı qəmgin sənaye imicindən xilas olaraq özündə köhnə dünyanın İstanbul cazibədarlığını Dubayın memarlıq nailiyyətlərini birləşdirən işgüzar həyatın enerji mərkəzinə çevrilmişdir.

"The Washington Post" yazır ki, Azərbaycanda ölkədəki dəyişikliklərin nəticələrinin nümayişi üçün mükəmməl imkan yaranmışdır, Bakıda "Eurovision" mahnı müsabiqəsi keçirilir.

Məqalədə qeyd olunur ki, füsunkar tamaşanı bütün dünyada 125 milyon insan izləyir. "Eurovision" 57-ci ildir keçirilir müsabiqə 42 ölkədən populyar ifaçıların epik döyüşünə çevrilmişdir.

Qəzet yazır ki, Bakıda gecələr bütün şəhər çıraqbana dönərək bolluğu özünə əminliyi təcəssüm etdirir.

Modern arxitekturalı binalar islam dövrünün binaları bənzərsiz vəhdət təşkil edir. "Alov qüllələri" adlandırılan əzəmətli bina gecələr daha da möhtəşəm görünür. Bu qüllələri nəhəng teleekran da adlandırmaq olar.

Məqalədə deyilir ki, yüksək keyfiyyətli xidmət göstərən restoranlar məxsusi geyim mağazaları ölkədə iki onillikdəki neft bumu sayəsində firavan yaşayışdan sürətli inkişafdan xəbər verir. Ölkə hələ XIX əsrin sonunda aralarında amerikalıların da olduğu mədən kəşfiyyatçılarını özünə cəlb etmişdir. Azərbaycan özünün coğrafi mövqeyi zəngin faydalı qazıntıları sayəsində tarixən inkişafda böyük rol oynamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 25 may.- S. 3.