Azərbaycan Prezidenti İlham Əliyev
ATƏT-in Minsk qrupunun
həmsədrlərini və hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 15 may.- S. 1.