Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrlik Azərbaycana keçmişdir

 

 Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QİƏT PA) sədrliyi qəbul edən Azərbaycan noyabrın 21-22-də Bakıda assambleyanın sayca 40-cı payız iclasını keçirəcəkdir.

AzərTAc xəbər verir ki, QİƏT PA-ya altı aylıq sədrlik  Azərbaycana 39-cu plenar iclası təşkil edən Ermənistandan keçmişdir.

Qeyd edək ki, mayın 23-də  QİƏT PA-nın 20 illiyi münasibətilə təşkilatın bəyanatı müzakirə edilmiş və yekdilliklə qəbul edilmişdir. Sənəddə o cümlədən təsdiq edilir ki, QİƏT çərçivəsində  əməkdaşlığın əsas məqsədi region ölkələri arasında mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərini  inkişaf etdirmək, siyasi, iqtisadihumanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqdır.

Parlament Assambleyası belə bir faktı alqışlayır ki, nəqliyyat, ticarət, energetika, rabitə, turizm, ətraf mühitin mühafizəsi, səhiyyə, kənd təsərrüfatı, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə  sahələrində səmərəli əməkdaşlıq aparılır. Bəyanatda əməkdaşlığın fəallaşdırılmasına, regionun dincsabit inkişafına hər cür dəstək göstərilməsinə hazırlıq ifadə olunur.

 

 

Azərbaycan.- 2012.- 25 may.- S. 4.