İspaniya parlamenti uydurma erməni soyqırımını tanımaqdan imtina etmişdir

 

 İspaniya parlamentinin xarici işlər komissiyası uydurma "erməni soyqırımı"nın tanınması təklifini əleyhinə 36, lehinə 3 səs olmaqla rədd etmişdir.

AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Bask bölgəsində fəaliyyət göstərən "Amaiur" koalisiyasından olan iki deputat 1915-ci ildə Osmanlı imperiyası dövründə baş vermiş hadisələrin soyqırımı kimi tanınması barədə layihə təklifini hazırlamışdır.

Yalnız Birləşmiş SolBask Millətçi Partiyasının dəstək verdiyi  layihənin əleyhinə iqtidardakı Xalq Partiyası və ana müxalifətdəki Sosialist İşçi Partiyası başda olmaqla, digər partiyalar çıxmışlar.

Komissiyadakı iclasda Xalq Partiyasının deputatı Xose Maria BeneytoSosialist İşçi Partiyasından olan deputat Meritxell Batet çıxış edərək bu cür addımların Fransa nümunəsində olduğu kimi, Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcəyini diqqətə çatdırmışlar.

Demokratiya və Tərəqqi Birlik Partiyasından olan deputat İrene Lozano isə layihəni gündəmə gətirənlərə sərt etirazını bildirərək vurğulamışdır ki, buraya gəlib ermənilər üçün timsah göz yaşları tökməzdən  və onların qəhrəmanlıqlarından danışmazdan əvvəl Bask bölgəsində terror hücumları nəticəsində ölənlər üçün ağlayın və bu terroru pisləyin. Məncə, bu hərəkət tamamilə ikiüzlülükdür. Ən pisi isə erməniləri müdafiə etməyinizdir.

Təklifin İspaniya parlamentində rədd edilməsində Türkiyənin İspaniyadakı səfirliyinin də rolu olduğu qeyd edilir.

 

 

Azərbaycan.- 2012.- 25 may.- S. 7.