28 May - Respublika Günü münasibətilə
rəsmi qəbul
Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir
Mayın
25-də "Buta" sarayında
28 May - Respublika Gününə
həsr olunmuş rəsmi qəbul təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri rəsmi qəbulda iştirak etmişlər.
Salona toplaşanlar
Prezident İlham Əliyevi hərarətlə
qarşıladılar.
Azərbaycanın dövlət himni səsləndi.
Dövlət başçısı rəsmi
qəbulda nitq söylədi.
Prezident İlham Əliyev Respublika Günü münasibətilə xalqımızı
təbrik edərək
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını
tarixi hadisə kimi səciyyələndirdi. Dövlət başçısı bildirdi
ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə
böyük hörmətlə
yanaşır. Cümhuriyyətin
müstəqilliyinin çox
qısamüddətli olduğunu
qeyd edən dövlət başçısı
bu iki il ərzində böyük işlərin
görüldüyünü, mühüm dövlət strukturlarının və
atributlarının yaradıldığını
vurğuladı.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet dövrünün başlandığını
qeyd edən Prezident İlham Əliyev bütün çətinliklərə və
ideoloji çərçivələrə
baxmayaraq, o dövrün
də Azərbaycan üçün uğurlu
olduğunu bildirdi.
Azərbaycanın 1991-ci ildə bərpa
etdiyi müstəqilliyinin
ilk illərinin çətin
keçdiyini, həmin
dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın
ölkəmiz üçün
böyük təhlükə
olduğunu deyən Prezident İlham Əliyev 1993-cü ildə
ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra
bütün xoşagəlməz
halların qarşısının
alındığını, respublikada sabitliyin yarandığını, inkişaf
dövrünün başlandığını,
dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını
və ümumi inkişaf strategiyasının
müəyyənləşdirildiyini diqqətə çatdırdı.
Dövlət başçısı 1993-2003-cü illərdə ölkəmizin
böyük, uğurlu
yol keçdiyini vurğulayaraq xalqımızın
ulu öndər Heydər Əliyevin xatirəsini hər zaman böyük ehtiramla yad etdiyini
bildirdi.
Bu gün Azərbaycanın beynəlxalq
aləmdə mövqeyinin
daha da möhkəmləndiyini,
regional müstəvidə təsir
imkanlarının artdığını,
iqtisadiyyatın inkişaf
etdiyini vurğulayan dövlət başçısı
digər sahələrdə
də respublikamızın
sürətlə inkişaf
etdiyini dedi. Azərbaycan iqtisadiyyatının
Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini
təşkil etdiyini deyən Prezident İlham Əliyev ötən il müstəqilliyinin bərpasının
20-ci ildönümünü qeyd edən gənc respublikamızın
155 ölkənin etimadını
qazanaraq BMT Təhlükəsizlik
Şurasına üzv
seçilməsini xarici
siyasətimizin düzgün
olduğunun bariz nümunəsi kimi səciyyələndirdi. Qeyd olundu
ki, BMT Təhlükəsizlik
Şurasına üzv
seçilməyimiz dünya
birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına
sədrlik edir.
Ölkə qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli məsələsidir,
- deyən Prezident İlham Əliyev bu istiqamətdə heç bir nəticənin olmamasından
təəssüfləndiyini vurğuladı. Münaqişəsinin
Azərbaycanın ərazi
bütövlüyü prinsipi
çərçivəsində həlli ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların
kifayət qədər
qətnamə və qərarlarının olduğunu
diqqətə çatdıran
dövlət başçısı
bu istiqamətdə bir neçə gün əvvəl Çikaqoda keçirilən
NATO zirvə görüşündə
çox əsaslı
və ədalətli qətnamənin qəbul edildiyini dedi.
Bu gün iqtisadi
inkişaf templərinə
görə Azərbaycan
dünya miqyasında lider ölkədir, - deyən Prezident İlham Əliyev beynəlxalq kredit agentlikləri tərəfindən
Azərbaycanın kredit
reytinqlərinin yüksək
qiymətləndirildiyini bildirdi. Qeyd etdi
ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi
təmin olunur, neft və qazdan
asılılıq azaldılır,
özəl sektorun inkişafına böyük
dəstək verilir.
Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır.
Azərbaycanın qonşuları ilə beynəlxalq hüquq prinsipləri, qarışlıqlı
hörmət və etimad əsasında, bir-birinin işinə qarışmamaq şərti
ilə münasibət
qurmağa çalışdığını
deyən dövlət
başçısı ölkəmizin
bu yaxınlarda Qoşulmama Hərəkatına
üzv olduğunu diqqətə çatdırdı. Bildirdi ki,
bu təşkilatda Azərbaycana qarşı böyük rəğbət,
inam vardır və biz bu vəziyyətdən istifadə
edib daha da çox dostlar
qazanacağıq.
Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi
inkişafı və hüquqi-demokratik dövlət
quruculuğu prosesinin bundan sonra da
uğurla davam edəcəyini diqqətə
çatdıraraq Azərbaycan
xalqını bir daha Respublika Günü münasibətilə
təbrik etdi.
* * *
Sonra
2012-ci il üçün Azərbaycan
Respublikasının elm sahəsi
üzrə Dövlət
Mükafatı ilə
təltifedilmə mərasimi
oldu.
Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə
dair silsilə əsərlərə görə
tarixçi-alimlər Yaqub
Mahmudov, Süleyman Məmmədov, Nazim Mustafayev, Gövhər Məmmədova və başqalarına Dövlət
mükafatları təqdim
edildi.
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov
adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına ölkəmizin
elmi ictimaiyyəti adından minnətdarlığını
çatdırdı.
Təltif olunanlar Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
Rəsmi qəbul incəsənət
ustalarının maraqlı
konsert proqramı ilə davam etdi.
(Rəsmi qəbuldan
geniş hesabat qəzetin növbəti nömrəsində dərc
ediləcəkdir).
AzərTAc
Azərbaycan.- 2012.- 26 may.- S. 1.