Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Saakaşviliyə

 

 Hörmətli cənab Prezident!

 

Əziz dostum!

 

Milli bayramınız - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və qardaş Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın yekdil iradəsinə uyğun olaraq bu gün Azərbaycan-Gürcüstan münasibətləri dinamik və hərtərəfli şəkildə inkişaf etməkdədir.

Əminəm ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi, regional qurumlar və layihələr çərçivəsində qarşılıqlı dəstək və etimada əsaslanan birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına əmin-amanlıq və rifah arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 26 may.- S. 1.