2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı aşağıdakı şəxslərə verilsin:

 

 

Yaqub Mikayıl oğlu Mahmudov

Kərim Kərəm oğlu Şükürov

Tofiq Teyyub oğlu Mustafazadə

Süleyman Abbas oğlu Məmmədov

Güntəkin Cəmil qızı Nəcəfli

Nazim Yusif oğlu Mustafayev

Göhər Nağı qızı Məmmədova

Hacı Nuru oğlu Həsənov

İsrafil Süleyman oğlu Məmmədov

Vidadi Umud oğlu Umudlu

Səidə Müzəffər qızı Hacıyeva

İradə Malik qızı Məmmədova

Nigar Rövşən qızı Gözəlova

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 26 may.- S. 1.