Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

    ¹ 12 Bakı şəhəri, 25 may 2012-ci il

 

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

 "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1111; 2009, ¹ 10, maddə 846; 2010, ¹ 7, maddə 702; 2011, ¹ 5, maddə 449) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nda  aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.4.2-ci yarımbəndində "müqavilə" sözü "ehtimal olunan" sözləri ilə əvəz edilsin;

1.2. 3.4.3-cü yarımbənd üzrə:

1.2.1. birinci abzasda "müqavilə qiymətlərinin" sözləri "ehtimal olunan dəyərinin keçid əmsalını hesablamaqla" sözləri ilə əvəz edilsin;

1.2.2.  dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

"sifarişçi təşkilat tərəfindən tikintidə istifadə olunması nəzərdə tutulan inşaat materiallarının və məmulatlarının cari qiymətləri barədə (ƏDV-siz) məlumatlar";

1.2.3. beşinci abzas çıxarılsın;

1.3. 3.4.6-cı yarımbənddə "müqavilə qiymətlərinin" sözləri "ehtimal olunan dəyərinin" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 26 may.- S. 1.