Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 Hörmətli Prezident, əziz qardaşım!

 

Qardaş Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və bütün Azərbaycan xalqını türk xalqı və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Tarix baxımından 20 il qədər qısa bir vaxtda qardaş ölkələrimizin əlaqələri Zati-alinizin təbirincə desək, bütün sahələrdə uğurla inkişaf etmişdir. Xalqlarımız arasında dərin köklərə malik yaxınlığın, nümunəvi həmrəyliyin konkret işlər əsasında daha da gücləndirilərək irəli aparılması ən böyük amalımızdır.

Müstəqilliyini bərpa edəndən bəri Azərbaycan ilə işbirliyimizdə bir çox sahələrdə nail olduğumuz müstəsna uğurları daha da genişləndirmək və münasibətlərimizi istər qardaş xalqlarımızın xeyrinə, istərsə də bölgəmizdə sülh və əmin-amanlığa xidmət edəcək şəkildə hər gün daha da üstün bir səviyyəyə yüksəltmək başlıca hədəfimizdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizi və möhtərəm xanımınızı yenidən Türkiyəyə rəsmi səfərə dəvət etməkdən xanımımla birlikdə böyük məmnunluq duyacağımızı bir daha bildirmək istəyirəm.

Milli bayram - Respublika Günü münasibətilə Zati-aliləri, dəyərli qardaşıma cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

 

 

Abdullah GÜL,

Türkiyə Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 26 may.- S. 2.