Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Bismillahir-rəhmanir-rəhim!
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə qardaş
dövləti və xalqını səmimi-qəlbdən
təbrik edirəm.
Hörmətli Prezident, Sizinlə
səmərəli görüşlərimiz
və bu görüşlərin olduqca
faydalı nəticələri
barədə xoş xatirələrimi yada salaraq, iki xalq
arasındakı qardaşlıq
münasibətləri, həmçinin
Zati-alinizlə səmimi
əlaqələrimi vurğulayaraq
belə düşünürəm
ki, İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı
münasibətlərin hər
iki xalqın mənafeyi naminə genişlənərək günbəgün
inkişaf etməsi, eləcə də iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin
və ikitərəfli
öhdəliklərin rəhbər
tutulması düşmənlərin
sui-istifadəsinin qarşısını
alacaqdır.
Ümid
edirəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının
məsul şəxslərinin
ikiqat səyləri sayəsində ikitərəfli
və beynəlxalq səviyyədə bütün
sahələrdə ölkələrimiz
arasında mövcud olan əməkdaşlıq
əlaqələrinin daha
da möhkəmlənməsinin,
eləcə də dünyada dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar
olmasının, zülm
və ayrı-seçkiliyin
aradan qaldırılmasının
şahidi olacağıq.
Uca və qadir olan
Allahın dərgahından
Zati-alinizə möhkəm
cansağlığı və
uğurlar, Azərbaycan
Respublikasının dost və
qardaş xalqına xoşbəxtlik və ucalıq diləyirəm.
Mahmud ƏHMƏDİNEJAT,
İran İslam Respublikasının
Prezidenti
Azərbaycan.- 2012.- 26 may.- S. 2.