Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Əziz qardaşım!
Dost
və qardaş Azərbaycanın milli bayramı - Respublika
Günü münasibətilə millətim və hökumətim
adından və şəxsən öz adımdan ən səmimi
təbriklərimi çatdırıram. Bu əziz gündə
Azərbaycan xalqının haqlı qürur, sevinc
duyğularına ürəkdən şərik oluruq.
Türkiyə
və Azərbaycan gücünü ortaq tarix və mədəniyyət
birliyindən alan, möhkəm tellərlə bir-birinə
bağlanmış, keçmişdə olduğu kimi, bu
gün də eyni taleyi yaşayan ölkələrdir.
Bu
baxımdan, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının 2011-ci il oktyabrın 25-də İzmirdə
keçirilən birinci iclası və 2012-ci ildə Bakıda
təşkil edilməsi nəzərdə tutulan ikinci
toplantısı əlaqələrimizin 20 ildə
çatdığı səviyyəsinin göstəricisidir.
Azərbaycan
bölgədə ən mühüm strateji tərəfdaşımızdır
və ölkənizin uğurları ilə qürur
duymaqdayıq. Bu mənada, Türkiyə və Azərbaycan əlaqələrini
həm ikitərəfli, həm də regional məsələlərdə
qarşılıqlı fayda və həmrəylik əsasında
qətiyyətlə daha da irəliyə aparacağımıza
şübhə etmirəm.
Bu
fürsətdən istifadə edərək, Sizə möhkəm
cansağlığı və xoşbəxtlik diləyir, dost
və qardaş Azərbaycan xalqının əmin-amanlığı
və firavanlığı üçün ən səmimi
arzularımı çatdırıram.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının
Baş naziri
Azərbaycan.- 2012.- 26 may.- S. 2.