Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 Hörmətli İlham Heydər oğlu!

 

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində sistemli islahatları uğurla həyata keçirməklə, regionda və dünyada öz nüfuzunu artırmaqla, dövlətçiliyin möhkəmləndirilməsi yolu ilə inamla irəliləyir.

Dövlətlərimiz arasında dostluğun inkişafına, ikitərəfli qarşılıqlı əlaqələrin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi Ukraynada yüksək qiymətləndirirlər. İnanıram ki, Azərbaycan Respublikası ilə hərtərəfli, o cümlədən energetika, aerokosmik sahə, aqrar-sənaye kompleksi kimi mühüm istiqamətlərdə əməkdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

 

 

Hörmətlə,

 

Viktor YANUKOVİÇ,

Ukrayna Prezidenti

 

Azərbaycan.- 2012.- 26 may.- S. 2.