Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd etdiyimiz bir zamanda Respublika Günü münasibətilə bir daha dost Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzu edirəm.

Mən qürur duyuram ki, ötən illər ərzində Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq münasibətləri sıx olmuşdur. Əminəm ki, bu əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlər çərçivəsində gələcəkdə daha da genişlənəcəkdir.

Ölkələrimizi birləşdirən dostluq ruhunda Sizə və Sizin şəxsinizdə xalqınıza rifah arzu edirəm.

 

 

Hörmətlə,

 

Ciorcio NAPOLİTANO,

İtaliya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 26 may.- S. 2.