Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli
İlham Heydər oğlu!
Azərbaycan Respublikasının milli bayramı münasibətilə səmimi təbriklərimi qəbul edin.
Respublikamız hərtərəfli Tacikistan-Azərbaycan əməkdaşlığının durmadan inkişaf etməsinə çox böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha konkret məzmuna malik olmasının tərəfdarıdır.
Əminəm ki, biz birgə səylərimizlə Tacikistanın və Azərbaycanın əsas mənafelərinə uyğun olan tərəfdaşlıq münasibətlərinin və sıx qarşılıqlı əlaqələrin mövcud potensialına müsbət təkan verməyə nail olacağıq. Ümid edirəm ki, qarşıdakı görüşlərimiz bu istiqamətdə yeni birgə addımlar atmağımıza imkan verəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzularımı bildirmək istəyirəm.
Hörmətlə,
Emoməli RAHMON,
Tacikistan Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 26 may.- S. 2.