Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər
oğlu!
Türkmənistan
xalqı və hökuməti adından, habelə şəxsən
öz adımdan ölkənizin milli bayramı - Respublika
Günü münasibətilə Sizə və Sizin şəxsinizdə
bizə dost olan ölkənizin xalqına səmimi təbriklərimi
çatdırmaqdan böyük məmnunluq duyuram.
Türkmənistan
və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimiz
arasında qarşılıqlı dostluq münasibətlərinin
dinamik inkişaf edəcəyinə və möhkəmlənəcəyinə
qəti əmin olduğumu bildirirəm.
Fürsətdən
istifadə edib Sizə səmimi-qəlbdən möhkəm
cansağlığı, xoşbəxtlik, dost Azərbaycan
xalqına isə sülh, səadət və firavanlıq
arzulayıram.
Hörmətlə,
Qurbanqulu BERDİMÜHƏMMƏDOV,
Türkmənistan Prezidenti
Azərbaycan.- 2012.- 26 may.- S. 2.