Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi
Asiya Konstitusiya Məhkəmələrinin
Assosiasiyasında müşahidəçi statusu
əldə etmişdir
Mayın 19-dan 24-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə "Asiyada Konstitusiya Ədalət Mühakiməsi" mövzusunda keçirilmiş beynəlxalq məhkəmə konqresində iştirak etmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə demokratiya və konstitusiya ədalət mühakiməsi, Konstitusiya məhkəmələrində icraat növləri, Ombudsman təsisatı ilə Konstitusiya məhkəmələri arasında əlaqələr, hakimlərin müstəqilliyi kimi mövzularla bağlı məruzələr təqdim edilmişdir.
Səfər çərçivəsində Koreya Respublikasının Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi arasında ikitərəfli məhkəmə-hüquq əməkdaşlıq məsələləri müzakirə edilmiş, məhkəmə praktikası ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Mayın 21-də Koreya Respublikasının Prezidenti Çonq Va De konqres iştirakçılarını qəbul etmişdir.
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi konqresin sonunda yaradılmış Asiya
Konstitusiya Məhkəmələrinin
Assosiasiyasına tamhüquqlu üzv kimi qəbul olunmağa dəvət edilərək həmin
təşkilatın müşahidəçi statusunu
əldə etmişdir.
Azərbaycan.- 2012.- 26 may.- S. 2.