Avropa Parlamentinin qətnaməsi
qeyri-ciddi və iftira xarakteri daşıyır
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin müdiri
Fuad Ələsgərovun AzərTAc-a
müsahibəsi.
- Avropa Parlamenti mayın 24-də Azərbaycanla bağlı qətnamə qəbul etmişdir. Qətnaməyə münasibətiniz?
- Qətnamə qeyri-ciddi və iftira xarakteri daşıyır. Bu sənəddə əks olunan məsələlərin tam əksəriyyəti təhrif edilmişdir. Qətnamənin çıxarılma vaxtı da sənədin müəyyən sifariş xarakterli olduğunu deməyə əsas verir. Avropa KİV-lərində gedən intensiv antiazərbaycan kampaniyası, "Human Rights Watch", "Amnesty İnternational" təşkilatlarının, qonşularımızın davranışı, Azərbaycandakı radikal müxalifət və bəzi QHT-lərin bu istiqamətdə sinxron fəaliyyəti bunu bir daha təsdiqləyir. Elə həmin qətnamədə "Azərbaycan hüquq müdafiəçilərinin "Eurovision" mahnı müsabiqəsi ərəfəsində 10 aylıq kampaniya başlaması"na edilən istinad da bunu təsdiqləyir.
Digər tərəfdən, qətnamə Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində qəbul olunmuşdur. Təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik şəkildə qəbul edilmiş qətnamədə çoxsaylı yanlış, yoxlanılmamış müddəalar qeyd olunmuşdur.
Hesab edirəm
ki, Avropa Parlamenti səhv mövqedədir. Faktiki olaraq, Avropanın
cənub sərhədində
yerləşən Azərbaycan
Avropa üçün
alternativ enerji mənbəyi olmaqla, bu qitənin iqtisadi müstəqilliyi və təhlükəsizliyinin
mühüm komponentlərindən
biri kimi çıxış edir.
Eyni zamanda, Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə
sadiq qalan bir ölkədir.
Belə bir ölkəyə
dar siyasi maraqlardan çıxış
edərək qərəzli
münasibətin göstərilməsi
ən azı təəssüf hissi doğurur. Məsələn, Avropa Xalq Partiyasının Almaniyadan
olan üzvü Bernd Posseltin mövqeyi Almaniya KİV-lərinin tutduğu mövqedən heç də fərqlənmir.
Azərbaycana münasibəti, Azərbaycan
barədə təfəkkürü
uşaqlıqdan ailəvi
erməni dostlarının,
erməni ətrafının
təsiri altında formalaşan "Amnesty İnternational"ın
Avropa və Orta Asiya üzrə
nümayəndəsi John Dalhuiseinin
də fikirləri həddindən artıq subyektiv xarakter daşıyır.
- Hansı məqamları qərəzli sayırsınız?
- Qətnamə bütövlükdə
qərəzlidir. Bir neçə misalı
göstərmək kifayətdir.
Məsələn, qətnamədə
15 may mitinqinin polis tərəfindən
dağıdıldığı göstərilir və dinc protest aksiyalarının
keçirilməsinə çağırılır.
Bu müddəa reallığı
əks etdirmir. Birincisi, qətnamədə
qeyd olunduğu kimi, mayın 15-də heç bir nümayiş keçirilməmişdir.
Mayın
14-də cəmi 20-30 nəfərin
iştirakı ilə
piket keçirilmişdir.
Məsələ ilə əlaqədar
qeyd etmək istərdim ki, həmin toplantılar razılaşdırılmamışdır.
"İctimai Palata" deyilən qurumda təmsil olunan radikal müxalifət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən
təklif olunan yerlərdən imtina etmişdir. Halbuki bundan əvvəl
radikal müxalifətin
nümayəndələri bir
neçə razılaşdırılmış
mitinq keçirmişlər.
Lakin həmin mitinqlərin xaricdə lazımi rezonans doğurmadığını
görərək "Eurovision" mahnı müsabiqəsi ərəfəsində ölkəmizə
gəlmiş jurnalistlərin
diqqətini cəlb etmək məqsədilə
razılaşdırılmamış piket taktikasına keçmişlər. Bununla ermənipərəst
qüvvələrin antiazərbaycan
kampaniyasına qoşulmuşlar.
İstənilən beynəlxalq miqyaslı tədbir keçirən ölkədə təhlükəsizlik
məsələləri baxımından
belə tədbirlər
ərəfəsində və
gedişində mitinq və piketlərin keçirilməsi bir çox hallarda müvəqqəti məhdudlaşdırılır
və hətta qadağan olunur.
NATO-nun son Çikaqo sammitində
də antiqlobalistlərin
toplantıları güc
tətbiq edilməklə
dağıdılmış, mitinq iştirakçılarına
çoxsaylı xəsarətlər
yetirilmiş, 60 nəfər
isə saxlanılmışdır.
Azərbaycanda da mahnı müsabiqəsi
gedişində müvafiq
təhlükəsizlik tədbirləri
görülür. Hazırkı mürəkkəb geosiyasi
vəziyyəti və
səslənən saysız
təhdidləri nəzərə
alsaq, bizim hüquq-mühafizə orqanlarının
üzərinə nə
qədər ağır
yük düşdüyünü
görmək olar.
Lakin onlar bunun öhdəsindən
layiqincə gəlirlər.
Əvvəlki müsahibələrimdə də
qeyd etdiyim kimi, belə bir məqamda, razılaşdırılmamış piketlərin keçirilməsi
artıq gərginlik yaradır. Güc tətbiqi məsələsinə
gəldikdə isə
polis, sadəcə, ictimai
qaydanın təmini üzrə öz vəzifələrini yerinə
yetirmişdir. Piket iştirakçılarına
qarşı heç bir zorakı hərəkətə yol verilməmiş, piket iştirakçılarından heç
biri həbs olunmamış, hətta bəzi şəxslərin
polisi təhqir etməsi müqabilində
onlar həmin şəxslərlə çox
təmkinli davranmışlar.
"Azadlıq radiosu"nun
Bakı bürosunun müxbiri Xədicə İsmayılovanın şantaj
edilməsi ilə bağlı qətnamədə
irəli sürülən
müddəa heç
bir hüquqi əsası olmayan uydurma mülahizələrə
əsaslanır. Özünə hörmət edən
belə mötəbər
beynəlxalq qurum ən azı hüquqi baxımdan əsaslandırılmış mövqedən çıxış
etməlidir. Xatırlatmaq istərdim ki, Xədicə İsmayılovanın
işi ilə bağlı istintaq hələ başa çatmamışdır. Belə halda hər hansı sübuta əsaslanmayan uydurma ittihamların irəli sürülməsi qərəzli
mövqedən başqa
bir şey deyildir. Belə iftira və
yalan mülahizələrin
irəli sürülməsində
məqsəd aydındır.
Azərbaycanın sürətli iqtisadi
inkişafı, Azərbaycanın
zənginləşməsi bir
çoxlarının gözünü
çıxarır. Əminəm ki, belə də
olacaq. Bəzi siyasi-iqtisadi dairələrin
isə öz məqsədlərinə çatmaması
antiazərbaycan kampaniyasını
bir qədər də qızışdırmışdır.
Qətnamədə Ştrasserə öz mandatını həyata keçirmək məqsədilə
Azərbaycana səfər
etməsi üçün
vizanın verilməsinə
çağırış səslənir. Halbuki Azərbaycan tərəfi
hələ mart ayının
sonunda "siyasi məhbus" anlayışının
müəyyən edilməsi
üçün meyarların
müzakirəsi məqsədilə
məruzəçini onun
mandatı çərçivəsində
Azərbaycana səfərə
dəvət etmişdir.
Lakin o, səfərdən imtina edərək öz mandatına laqeyd münasibət göstərmişdir.
Mayın
21-də isə Avropa Şurasının Parlament
Assambleyasının Hüquqi
məsələlər və
İnsan hüquqları
Komitəsi məruzəçinin
hazırlamalı olduğu
hesabatın iki hissəyə bölünməsi
barədə qərar
qəbul etmişdir.
Birinci hissə məhz bütün Avropa ölkələrinə tətbiq
edilə biləcək
universal meyarların müəyyən
edilməsi ilə bağlı olacaqdır və yalnız bu meyarlar müəyyən
edildikdən sonra hesabatın konkret ölkələrə həsr
olunacaq ikinci hissəsi hazırlanacaqdır.
Görünür ki, Avropa Parlamentinin
bu məsələlərdən,
o cümlədən AŞ PA komitəsinin cəmi 3 gün əvvəl qəbul edilmiş qərarından xəbəri
yoxdur. Halbuki hər iki struktur Strasburqda qonşu binalarda yerləşir.
Qətnamənin daha bir bəndində Avropa Məhkəməsinin bütün
qərarlarının Azərbaycan
hökuməti tərəfindən
icra edilməsinə çağırış
səslənir. Belə abstrakt
çağırışı istisnasız olaraq Avropa Şurasının üzvü olan bütün ölkələrə
etmək olar. Azərbaycan ona münasibətdə qəbul edilmiş qərarların icrası ilə bağlı bütün zəruri tədbirlər görür.
İnsan
hüquqlarının təmin
edilməsi istiqamətində
kompleks işlər aparır, bu sahədə irəliləyişlər
əksər beynəlxalq
sənədlərdə öz
əksini tapmışdır.
Əslində, Avropanın bir
çox ölkəsində
icrası tamamlanmamış
qərarların sayı
Azərbaycanla müqayisədə
dəfələrlə çoxdur.
Jurnalistlərin siyasi ittihamlarla tutulduğu yazılır. Qətnamədə
bir tərəfdən
radikal islam
təşkilatlarının səsləndirdiyi təhdidlər
ittiham edilir, digər tərəfdən
isə həmin təhdidlərin yayımlanması
ilə məşğul
olan 2 nəfərin azad edilməsi tələb olunur. Bu müddəalar tamamilə bir-birinə ziddir və absurddur. Qeyd edim ki, bu təhdidlər yalnız Azərbaycana deyil, həm də "Avropa dəyərlərinin qızğın
tərəfdarları olan"
Avropa parlamentarilərinin
təmsil etdiyi dövlətlərə və
xalqlara qarşı yönəlmişdir.
Qətnamədə belə yanlışlıqlar,
iftiralar, ziddiyyətlər
demək olar ki, hər bənddə
görünür.
- Bu qətnamə Avropa Parlamenti ilə münasibətlərə necə
təsir edəcək?
- Avropa onsuz da
iqtisadi böhran içində çapalayır,
hətta parçalanmaq
təhlükəsi ilə
üz-üzədir. Belə bir
məqamda emosiya və paxıllıq hissləri əsasında çıxarılan bu cür qərar ağılsız qərardır.
Bu cür qərarlar
Avropa İttifaqının
"Yaxın qonşuluq"
və "Şərq
Tərəfdaşlığı" siyasətinin böhranına
gətirib çıxara
bilər. Hətta
bu qurumla əməkdaşlığın məqsədəmüvafiqliyi məsələsini
gündəmə gətirə, assosiativ
üzvlük məsələsi
barədə qərarın
qəbuluna təsir göstərə bilər.
Hesab edirəm
ki, həmin qətnamənin lehinə səs verənlər strateji düşüncə
tərzinə malik, siyasi cəhətdən uzaqgörən deyillər. Bu, Avropa Parlamentinin nüfuzuna da təsir edəcəkdir.
Demokratiya dəyərlərinin
"qoruyucusu" olmalı
olan Avropa Parlamenti qurum kimi özünün nüfuzunu düşünməli,
mövzu üzrə yalnız hökumətə
qarşı aqressiv münasibəti ilə seçilən, şəxsi
maddi maraqlarından çıxış edən
bəzi kvazi hüquq müdafiəçilərinin
Azərbaycan əleyhinə
səsləndirdiyi fikirlərə
və qeyri-obyektiv hesabatlara deyil, obyektiv mənbələrə
əsaslanan araşdırma
aparmalı və ən əsası sifarişli və ya hansısa maraqlar naminə həqiqəti təhrif etməməlidir.
Bildirmək istərdim ki, heç bir şəxs, heç bir beynəlxalq təşkilat Azərbaycan
Respublikası Prezidentinin
xalqın naminə apardığı siyasətə
təsir göstərə
bilməz.
AzərTAc
Azərbaycan.- 2012.- 26 may.- S. 3.