Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi Haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Palatası Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə  Konstitusiya Məhkəməsi Plenumunun iyunun 14-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 26 may.- S. 4.