Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 113 Bakı şəhəri, 11 may 2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15
mart tarixli 39 nömrəli
qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının
müəyyən edilmiş
qaydada dövlət qeydiyyatından keçirilməsi
və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də
dəyişikliklər edilməsi
barədə
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 242-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 551 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 195; 2001, ¹ 10, maddə 663; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 5, maddələr 463, 472, ¹ 9, maddə 822, ¹ 10, maddə 902, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 8, maddə 782; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 5, maddə 454; 2012, ¹ 2, maddə 185) ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.6-cı bəndin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
"nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin "bir pəncərə" prinsipi əsasında təşkil edilməsini.";
1.2. aşağıdakı məzmunda 1.9-cu bənd əlavə edilsin:
"1.9. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu və vergilər yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilə bilər.";
1.3. 2.6-cı bəndin birinci abzasının birinci cümləsində "bir gün" sözləri "30 dəqiqə" sözləri ilə, "üç gün" sözləri "bir gün" sözləri ilə əvəz edilsin, ikinci abzası dördüncü abzas hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:
"Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi ilə bağlı hərəkətlər iş günü ərzində fasiləsiz olaraq həyata keçirilir.
Nəqliyyat vasitəsinin müayinəsi növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılır.";
1.4. aşağıdakı məzmunda 2.8-1-ci və 2.8-2-ci bəndlər əlavə edilsin:
"2.8-1. Nəqliyyat vasitəsinin sahibi və ya ona sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı dövlət qeydiyyatını həyata keçirən orqanlara internet vasitəsilə elektron formada müraciət edə bilər. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən orqan müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün "Elektron növbə" idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsini müəyyən edir və bu barədə (tarix və vaxt göstərilməklə) onlara eyni qaydada məlumat verir.
2.8-2. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən orqanın rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində dövlət qeydiyyatının həyata keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Əsasnamənin 2.8-ci bəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi dövlət qeydiyyatını həyata keçirən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.";
1.5. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:
"4.3-1. Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.
Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.";
1.6. 5.1-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"5.1. Bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:";
1.7. 5.2-ci bəndin birinci abzasının birinci cümləsi çıxarılsın;
1.8. 6.3-cü bəndin 4-cü yarımbəndi ləğv edilsin;
1.9. 6.4-cü bənddə "on gün müddətində göstərilən sənədlər" sözləri çıxarılsın, "təkrar dövlət qeydiyyatından" sözlərindən əvvəl "4.3-1-ci bəndində nəzərdə tutulmuş qaydada" sözləri əlavə edilsin;
1.10. 8.2-ci bənddə "ərazi üzrə polis orqanının və şəhər (rayon) DYP xidmətinin qeydləri olan müvafiq arayışını təqdim edir" sözləri "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edir" sözləri ilə əvəz edilsin;
1.11. 9.2-ci bənddə "AZS-005-96 Azərbaycan Respublikası Dövlət Standartına" sözləri "AZS-599-2011 Azərbaycan Respublikası Dövlət Standartına" sözləri ilə əvəz edilsin;
1.12.
9.3-cü bənd ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Resrublikasının Baş
naziri
Azərbaycan.- 2012.- 15 may.- S. 2.