Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

 Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında R.Cəfərovun iddiasına dair mülki üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2011-ci il 8 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının VII fəslinin, habelə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 14-cü maddəsinin müddəaları nəzərə alınmaqla, prokurorluq qulluqçularının, habelə hakimlərin sosial təminatına dair qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

R.Cəfərovun iddiasına dair mülki üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2011-ci il 8 iyun tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, eləcə də "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə uyğun olmayan hesab edilsin və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.  

Qərar dərc edildiyi gündən qüvvəyə minir. Bu qərarın 2-ci bəndinin icrası qanunvericilik qaydasında məsələ öz həllini tapdıqdan sonra həyata keçirilsin.

Qərar qətidir, heç bir orqanya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

Konstitusiya Məhkəməsinin hakimi K.Şəfiyev bu qərarla bağlı xüsusi rəydə qalmışdır.

 

 

Azərbaycan.- 2012.- 26 may.- S. 4.