Eurovisionun keçirildiyi günlərdə dünyanın diqqəti Azərbaycana yönəlmişdir

 

"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar dünyanın diqqəti Azərbaycana yönəlmişdir. Bu günlərdə nüfuzlu xarici KİV-lərdə Azərbaycan haqqında yazılar dərc olunur, şərhlər verilir. AzərTAc həmin yazılardan bir neçəsinin icmalını təqdim edir.

"The Wall Street Journal" nəşri Azərbaycan hökumətinin Bakının simasını tanınmaz dərəcədə gözəlləşdirdiyini vurğulayaraq yazır: "Möhtəşəm layihələrin tez bir müddətdə həyata keçirilməsi paytaxt Bakını gözəl vitrinləri və işıqları ilə bərq vuran bir şəhərə çevirmişdir. Hava limanına gedən yol və Xəzər sahilindəki bulvar genişləndirilmişdir. Bulvardan "Alov qüllələri" adlandırılan 3 binadan ibarət kompleks diqqəti cəlb edir. Müxalifət fəalları "Eurovision"dan istifadə edib narazılıqlarını bildirməyə çalışsalar da, ölkə əhalisinin böyük əksəriyyəti mahnı müsabiqəsini bayramqürurverici amil kimi qiymətləndirir".

Fransanın nüfuzlu "Le Monde" qəzeti yazır ki, "Eurovision" müsabiqəsi gənc müstəqil ölkə olan Azərbaycana beynəlxalq əhəmiyyətli mühüm tədbir keçirmək imkanı vermişdir. Qəzet Azərbaycan iqtisadiyyatının dinamik inkişafda olduğunu qeyd edirmüasir arxitekturalı möhtəşəm binalarla göz qamaşdıran paytaxt Bakını "Qafqazın Dubayı" adlandırır. "Le Monde"nin müxbiri Qiyom Perrye yazır ki, son səkkiz ildə ölkədə ümumi daxili məhsulun həcmi üç dəfə artıb, eyni zamanda, maaşlar da artıb. Ölkənin enerji ehtiyatları ilə bağlı rəqəmləri açıqlayan müəllif bu ehtiyatların son dərəcə çox olduğunu bildirərək qeyd edir: "Azərbaycan zəngin enerji resurslarına malikdir. Ölkənin iqtisadiyyatı şaxələndirilir. İqtisadi artım sürəti çox yüksəkdir - 2005-ci ildə bu artım 26,4 faiz, 2006-cı ildə 34,6 faiz, 2007-ci ilin əvvəllərində isə 41 faiz təşkil etmişdir".

Məqalədə Dağlıq Qarabağ probleminə də toxunulub. Qəzet bu barədə belə yazır: "Qonşu Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlayır, söhbət Dağlıq Qarabağdanona bitişik rayonlardan gedir". "Le Monde" ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu da xatırlatmışdır. Bildirilir ki, hazırda Azərbaycanın hərbi büdcəsinin həcmi Ermənistanın dövlət büdcəsinə bərabərdir.

Fransanın digər nüfuzlu nəşri "Le Figaro" hesab edir ki, Moskva üçün "Olimpiada-80" nə deməkdirsə, Azərbaycan üçün "Eurovision" müsabiqəsi bunun ekvivalentidir. Qəzet yazır ki, Bakıda bayram əhval-ruhiyyəsi hökm sürür, bununla belə məmurlar artıq müxalifətin, Qərb hüquq müdafiəçilərinin və Azərbaycana düşmənçilik münasibəti bəsləyən qonşu ölkələrin indiyədək presedenti olmayan tənqidlərinə cavab verməkdən beziblər. Məqalədə deyilir: Prezident İlham Əliyev "İkinci Dubay" adlandırılan Bakı üçün heç nəyi əsirgəmir.

Qəzet həmçinin ölkədə turizm infrastrukturunun inkişafından da söz açan müxbir Pyer Avril, həmçinin "Eurovision" müsabiqəsinin keçirilməsi ilə əlaqədar İranın Azərbaycana qarşı tutduğu sərt mövqeyə də yer verərək qeyd etmişdir: "İran öz şimal sərhədlərində dünyəvi dövlətin mövcudluğunu heç cür qəbul etmək istəmir".

Jurnalist Maran Terner CNN üçün yazdığı məqalədə soruşur: "Eurovision" nə üçün Azərbaycanda keçirilməməlidir?" Müəllif qeyd edir ki, müsabiqənin siyasiləşməsinə yol verilməyəcəyinə dair vədlərə baxmayaraq, bu, faktiki olaraq mümkün deyil: "Mahiyyətcə, bu, sənətçilərin müsabiqəsidir. Lakin heç də belə deyildir. Bu, Avropa siyasətinin parlaq təzahür formasıdır. Bu şou 1956-cı ildən başlayaraq regional siyasəti əks etdirir". Buna görə də indi Azərbaycana bu cür təpkilər vardır.

 

 

Azərbaycan.- 2012.- 26 may.- S. 5.