Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərar
¹ 114 Bakı şəhəri,
11 may 2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15
mart tarixli 40 nömrəli
qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə
və onların qoşqularına dövlət
texniki baxışının
keçirilməsi qaydaları
haqqında Nümunəvi
Əsasnamə"də dəyişikliklər
edilməsi barədə
"Yol hərəkəti haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2011-ci il
15 noyabr tarixli 242-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 22
dekabr tarixli 551 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli
40 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 3, maddə 196; 2001, ¹ 10, maddə 663; 2003, ¹ 6, maddə
342; 2005, ¹ 4, maddə 386; 2006, ¹ 5, maddə 463, ¹ 9, maddə
822; 2008, ¹ 2, maddə 125, ¹ 8, maddə 782; 2011, ¹ 5, maddə
455) ilə təsdiq edilmiş "Nəqliyyat
vasitələrinə və
onların qoşqularına
dövlət texniki baxışının keçirilməsi
qaydaları haqqında
Nümunəvi Əsasnamə"də
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. aşağıdakı məzmunda 1.6-cı bənd
əlavə edilsin:
"1.6.
Bu Əsasnamədə nəzərdə
tutulmuş dövlət
rüsumu və vergilər yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilə
bilər.";
1.2.
2.3-cü bəndin mətni
həmin bəndin ikinci cümləsi hesab edilsin və
aşağıdakı məzmunda
birinci cümlə əlavə edilsin:`
"Nəqliyyat
vasitələrinin dövlət
texniki baxışı
növbələrin yaranmasını
istisna edən şəraitdə xüsusi
avadanlıqlarla təchiz
olunmuş yerlərdə
keçirilir.";
1.3. aşağıdakı məzmunda 3.2-1-ci və
3.2-2-ci bəndlər əlavə
edilsin:
"3.2-1. Nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat
vasitəsinə sərəncam
vermək hüququ olan digər şəxs texniki baxışın keçirilməsi
üçün internet vasitəsilə
elektron formada müraciət edə və münasib vaxtı seçə bilər. Həmin şəxsə texniki
baxışın keçirilməsi
vaxtı və tarixi barədə məlumat verilir.
3.2-2. Nəqliyyat vasitələrinin
dövlət texniki baxışını həyata
keçirən orqanın
rəsmi internet informasiya
ehtiyatında yaradılmış
elektron xidmət bölməsində texniki
baxışın keçirilməsi
üçün tələb
olunan sənədlərin
dəqiq siyahısı
və müvafiq sənədlərin (ərizə
və digər) elektron formasının yerləşdirilməsi, habelə
sənədlərin elektron
formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs
müəyyən edilmiş
qaydada doldurulmuş ərizəni və bu Əsasnamənin 3.2-ci bəndində göstərilən
digər sənədlərin
skan edilmiş surətlərini elektron formada dövlət texniki baxışını
həyata keçirən
orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin
həqiqiliyi dövlət
texniki baxışını
keçirən orqanın
vəzifəli şəxsində
şübhə yaratdıqda,
müvafiq sənədlər
barədə məlumat
əldə etmək üçün dövlət
orqanları tərəfindən
aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin
sənədlərin əsli
tələb edilir.";
1.4.
4.6-cı bəndin birinci
abzasına aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Bu halda "Yol
hərəkəti haqqında"
Azərbaycan Respublikasının
Qanununa 1 nömrəli
əlavə ilə müəyyən olunmuş
nasazlıqlar dəqiq
göstərilərək (normalar,
dərəcələr və
s.) iki nüsxədə
akt tərtib olunur, aktın bir nüsxəsi bu Əsasnamənin 3.2-ci bəndində göstərilən
səlahiyyətli şəxsə
təqdim edilir.";
1.5. aşağıdakı məzmunda 4.9-cu bənd əlavə edilsin:
"4.9. Nəqliyyat vasitələrinin
texniki baxışı
iş günü ərzində fasiləsiz olaraq keçirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Resrublikasının Baş
naziri
Azərbaycan.- 2012.- 15 may.- S. 2.