Azərbaycanın
paytaxtı kimi, bölgələri də əzəmətli
və füsunkardır
Şəkidə
gördüyümüz turistlər də
belə düşünür
2700 ilə yaxın yaşı olan dağlar diyarı Şəki planetimizin Şimal yarımkürəsində, subtropik qurşağın sərhədində, Baş Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Tarix boyu bu dağlar diyarını məşhurlaşdıran, tanıtdıran onun füsunkar təbii gözəllikləri ilə yanaşı, həm də adı dillər əzbərinə çevrilmiş sənətkarları olub.
Memarlıq, daşoyma və taxtaoyma, dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, ipəkçilik, şəbəkəçilik sənəti ilə Şəkinin şan-şöhrəti çox ellərə, çox ölkələrə yayılıb. Hələ Şəkinin ləziz-ləziz yeməkləri, pitisi, halvası, növbənöv şirniyyatı...
Xan sarayı, Karvansara, Kişdəki Alban məbədi kimi tarixi abidələr, eləcə də digər görməli yerlər istər xarici, istərsə də daxili turistlərin can atdığı məkanlardır. Bu günlər Azərbaycan paytaxtının 57-ci "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi ilə bağlı bütün diqqətlər Bakıya yönəlsə də, qədim Şəkinin də qonaq-qarası az deyil. Möhtəşəm mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan paytaxtına gəlmiş turistlər imkan tapan kimi bir günlüyə də olsa Şəkini də ziyarət etmək şanslarını qaçırmırlar.
Rusiyanın Kaluqa vilayətindən gəlmiş İrina və Nikolay Zıkinlər bugünkü Bakını əfsanələr və nağıllar şəhəri adlandırırlar. Nikolay qeyd edir ki, sonuncu dəfə Azərbaycana (Bakıya) sovetlər dönəmində gəlib:
- Bakı o vaxt da gözəl idi. Ancaq indiki Bakı
müqayisəolunmaz dərəcədə
dəyişib, inkişaf
edib, dünyanın ən gözəl, ən müasir şəhərlərindən birinə
çevrilib. Azərbaycanlılar həmişə mehriban və qonaqpərvər olublar. İndi də belədir.
Mənə çox xoşdur
ki, belə möhtəşəm şou
Bakıda keçirilir.
Bu, elə-belə olmadı. Bunu sizin istedadlar qazandılar və bu tədbirin Bakıda keçirilməsinin
səbəbkarı oldular.
Şəki haqqında
çox eşitmişik.
Qısa vaxta da olsa Şəkini
görmək, onun qədim abidələri ilə tanış olmaq istədik. Şəkiyə gəlib çatana qədər yol boyu keçdiyimiz
yerlər, gördüyümüz
mənzərələr yaddaşımızdan
heç vaxt silinməz. Azərbaycanda çox böyük, bənzərsiz inkişaf gördük. Müsabiqədə
bizim nənələrə
də, sizin Səbinəyə də uğurlar arzulayırıq.
Avstraliyadan gəlmiş John Patterson və Ryie Budces
bir həftəyə yaxındır ki, Şəkidədirlər. Xan
sarayından, Karvansaradan,
gördükləri sənətkarlıq
nümunələrindən maraqla danışırlar.
Şəkililərin istiqanlığı,
qonaqpərvərliyi onları
valeh edib. Bildirirlər ki,
"Eurovision-2012" mahnı müsabiqəsinin birinci turunu hoteldə mavi ekran vasitəsilə
izləyiblər:
- Afərin Azərbaycana!
"Baku Crystal Hall"da elə
bir gözəllik yaradıblar ki, bunu heç bir ölkə ilə müqayisə etmək olmaz. Müsabiqə Şəkidən
də çox maraqlı görünür.
Burada da yaşından asılı
olmayaraq hamı bu möhtəşəm musiqi yarışması ilə maraqlanır. Maraqlı bir məqam da odur
ki, birinci turun səhərisi günü bir çox müsabiqə mahnılarını artıq
küçədə, maşında
disklərdən eşitdik.
Bu, musiqiyə və mədəniyyətə məhəbbətdən,
başqa sözlə,
diqqətdən və
orijinallıqdan irəli
gəlir. Şəki nə qədər maraqlı və gözəl olsa da, bu günlər adam Bakı üçün, onun dənizi, bənzərsiz gecə həyatı, müasir və səmimi insanları üçün darıxır.
Ancaq bu gözəl Şəkini,
bu sadə və mehriban insanları da unutmayacağıq. Qoy həmişə Azərbaycanda
sülh, əmin-amanlıq,
firavanlıq olsun!
Enrike Sançes İspaniyadan gəlib. Tək səyahət etməyi xoşlayır. Ölkəmizdən,
xalqımızdan çox
məhəbbətlə danışır.
Deyir ki, o qədər mehribanlıq göstərirlər ki, hərdən adam özünü
itirir. Düşünürsən
ki, bunlara neyləmişəm ki, mənə belə səmimiyyət və məhəbbət göstərirlər.
Enrike bildirir ki, Şəkidə
ona kiçik hədiyyələr də
bağışlayıblar. Hətta evə çay içməyə
də dəvət ediblər. Ölkəmizin
keçənilki müsabiqə
qaliblərinə təşəkkür
edir ki,
"Eurovision-2012" Bakıda oldu və o da bu füsunkar
yerlərə gəlib
çıxdı. O, Azərbaycana
yenə birincilik arzuladı.
Bəli,
"Azərbaycan", "Bakı", "Şəki"
kəlmələri xarici
qonaqların dilində
çox məhəbbətlə
səslənir. Bu məhəbbətdən
isə qürur duymamaq olmur. Bu vətən bizimdir, onu sevmək nə qədər xoşdursa, onun sevildiyini, sevgilərə,
ən xoş sözlərə layiq olduğunu eşitmək, ən nəhayət, belə gözəl məmləkətdə yaşamağın
fərqində olmaq özü də çox xoşdur.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2012.- 26 may.- S. 7.