Bakıdan ayrılmaq çətin olacaq...

 

 Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin həyəcanı bitmək üzrədir. Bu gün yarışların final günüdür.

"Eurovision-2012" mahnı müsabiqəsini canlı olaraq izləmək üçün Bakıya təşrif buyurmuş minlərlə əcnəbi ölkəmizin sürətli inkişafı, tərəqqisi, qazandığı möhtəşəm nailiyyətləri ilə yaxından tanış olmaqdan ötrü gözəl fürsət əldə ediblər. Avropa ölkələrinin KİV nümayəndələri, xarici turistlər, bəstəkarlar ölkəmiz haqqında təəssüratlarını bölüşür, yarışmanın mümkün qalibləri barədə mülahizələrini bildirirlər.

 

Svetlana STOYANOVİÇ, serbiyalı turist:

- Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi hər bir sahədə əla təşkil edilmişdir. Paytaxtınızın görməli yerlərini gəzməkdən doymaq olmur. Xalqınız da çox səmimi və qonaqpərvərdir. Azərbaycanın ləziz yeməklərinin,  xüsusilə kababların və plovun dadı bizə ləzzət etdi.

Yarışmanın mümkün qaliblərinə gəldikdə isə mən ilk üçlükdə Serbiya, İtaliyaİsveçi görürəm.

 

Tomas DVORJAK, çexiyalı fotomüxbir:

- Dünyanın bir çox ölkələrində işləmişəm. Hazırda AlmaniyadaGürcüstanda müxtəlif layihələr üzrə çalışıram. Demək olar ki, məni nə iləsə təəccübləndirmək çox çətindir. Ancaq Bakıda gördüklərim həqiqətən möhtəşəmdir. Qədim İçərişəhər, əsrarəngiz Milli Park, bənzərsiz Xəzər, müxtəlif üslublu memarlıq nümunələri göz oxşayır. Arxivim üçün unikal şəkillər çəkmişəm.

Mahnı müsabiqəsinin keçirilməsi üçün yaradılan şərait də ən yüksək səviyyədədir.

"Eurovision-2012" finalında Almaniyanı qalib görmək istərdim.

 

Sandra FEKETİYA, sloveniyalı müğənni:

- Mən demək olar ki, "Eurovision-2012" mahnı müsabiqəsində birbaşa iştirak edirəm. Belə ki, ölkəmizin təmsilçisi Eva Botonun bek-vokalçısıyam. İlk dəfədir Azərbaycana səfər edirik. Bakı mənə Avropanın ən gözəl şəhərlərini xatırladır. Çox yüksək təəssüratlarım var. Qədim müasir tikililərə heyranlıqla tamaşa edirəm. "Alov qüllələri", Dənizkənarı park mənə xüsusi zövq verir. İnsanlarınız da çox mehriban gülərüzdülər.

Möhtəşəm "Crystall Hall"da baş tutacaq final yarışmasında Serbiya, İsveç İtaliya təmsilçilərini favorit hesab edirəm.

 

Yelena QABAŞVİLİ, Gürcüstan nümayəndə heyətinin üzvü:

- Mən ilk dəfədir ki, Bakıya səfər edirəm. Azərbaycan paytaxtının gözəlliyi, fəaliyyətimiz üçün yaradılan şərait, "Crystall Hall", "Alov qüllələri", qədim İçərişəhər, ümumiyyətlə, hər şey möhtəşəmdir. Təhlükəsizlik baxımından da Bakı çox sakit şəhərdir.

Təəssüf ki, Gürcüstanın "Eurovision-2012" mahnı müsabiqəsinin təmsilçisi Anri Joxadze finala vəsiqə qazana bilmədi. Lakin bu bizim Bakı ilə bağlı gözəl təəssüratlarımıza heç bir təsir göstərə bilməz.

İsveç müğənnisi Lorinin qalib olmasını istərdim.

 

Norbert SELLER, almaniyalı turist:

- Səmimi deyirəm ki, Bakı çox gözəldir. Xeyli gəzməli yerləri var. Dünən soydaşlarımla birlikdə Atəşgahda olmuşuq. Bu gün isə Milli Parkda istirahət edirik. Füsunkar təbiət, yaşıllıq, əsrarəngiz gecə panoramı bizi valeh etmişdir. Açığını deyim ki, mən bundan sonra dəfələrlə ölkənizə səfər etməyi planlaşdırıram.

"Crystall Hall"da keçiriləcək "Eurovision-2012"nin finalında Almaniyanın qalib olmasını arzulayıram.

Süzanna MİLENOVİÇ, serbiyalı turist:

- Bakıda Qız qalasını, İçərişəhəri, Xalça muzeyini, Şirvanşahlar kompleksini gəzmişəm. Sözlə ifadə olunası hisslər deyil. Hər şey çox gözəldir. Gecələr isə Bakı, ümumiyyətlə, nağıllar şəhərinə bənzəyir. Özümüz üçün yeni bir dünya kəşf etmişik.

Azərbaycan mətbəxinin müxtəlif nümunələri çox ləzzətlidir.

Qətiyyətlə deyə bilərəm ki, ələ düşən fürsətdən istifadə etməyib Bakıya gəlməyənlər çox şey itirdilər. Bu şəhərdən ayrılmaq mənə çox çətin olacaq.

"Eurovision-2012" mahnı müsabiqəsinin mümkün qalibləri barədə deyə bilərəm ki, mənim favoritim rusiyalı "nənələr"dir.

 

Olqa KALİNİÇENKO, Rusiya, radio aparıcısı:

- Bakını gördükdən sonra tam səmimiyyətlə deyə bilərəm ki, bizim ölkədə çoxları Azərbaycanı tanımırlar. Çünki biz heç təsəvvürümüzə gətirməzdik ki, bu günəşli şəhərdə necə qonaqpərvər insanlar yaşayır. Dənizin sahili - Milli Park, Bakının yaşıllığı, Azərbaycan mətbəxinin nümunələri bizi həqiqi mənada heyrətləndirmişdir. Bu cür ölkədə yaşayıb-yaratmaq necə də gözəldir.

Unikal "Crystall Hall" zalında bu gün baş tutacaq final yarışmasında Rusiya təmsilçisi - "Buranovo nənələri"nin qalibiyyətini arzulayıram. Belarus  təmsilçiləri də xarizmatikdir. Serbiyalı müğənninin ifa etdiyi ballada da ürəklərə yol tapır.

 

İan VİNKLER, slovakiyalı turist:

- Bakıda ilk dəfə olsam da, mən artıq altıncı dəfədir "Eurovision" mahnı müsabiqələrini canlı olaraq izləyirəm. Azərbaycan paytaxtı çox gözəldir. Özüm inşaatçı olduğumdan əsasən şəhərdəki tikililərə diqqət yetirirəm. Qədim tikililərlə müasir binaların vəhdəti məni heyran edir. Milli Park istirahət üçün əvəzolunmaz bir məkandır. Bakının sakinləri də çox sakit, nəzakətli və mehribandırlar.

"Eurovision-2012"nin favoritinə gəldikdə isə bu barədə fikir söyləməkdə çətinlik çəkirəm. Qoy ən güclü qalib gəlsin.

 

Sanya BOTO, Sloveniya nümayəndə heyətinin üzvü:

- Mənim bacım Eva "Eurovision-2012" mahnı müsabiqəsində Sloveniyanı təmsil edirdi. Təəssüf ki, biz finala vəsiqə qazana bilmədik. Lakin bu, ilk dəfə səfər etdiyimiz Bakı barədə gözəl təəssüratlarımıza kölgə sala bilməz. Bu səfərdən çox məmnun olduq. Yeni tikilmiş binalar, qədim mədəniyyət, Azərbaycan mətbəxi bizi heyran etdi. Bakı sakinləri də çox mehriban və qonaqpərvərdirlər.

Mahnı müsabiqəsinin finalında Serbiyaya azarkeşlik edəcəyik.

 

Qabi PİTER, almaniyalı turist:

- Cəmi bir gündür ki, Bakıdayam. Lakin bu qısa müddətdə gördüyüm yerlər, rastlaşdığım insanlar məndə çox gözəl təəssüratlar yaratmışdır. Şəhər çox təhlükəsiz və təmizdir. Günəşli hava isə lap yerinə düşür. Yaxın günlərdə Azərbaycan paytaxtının görməli məkanları ilə tanışlığımı davam etdirəcəyəm.

"Eurovision-2012"nin favoriti kimi Almaniyanı görürəm.

 

Cef PEDERSEN,

danimarkalı bəstəkar:

- İndiyədək Azərbaycanda olmamışdım. Bakıya gəlməyimdən burada gördüklərimdən çox məmnunam. yaxşı ki, ötən il Düsseldorfda sizin təmsilçiləriniz qalib gəldi bizim üçün belə bir gözəl fürsət yarandı.

Bu il də azərbaycanlı müğənni çox gözəl mahnı ilə ölkənizi təmsil edir. Lakin mən Danimarka təmsilçisini qalib görmək istərdim.

 

Anjelika BRAGİNA, rusiyalı jurnalist:

- Mən həmkarım Olqa Kaliniçenkonun söylədiklərinə şərikəm. Burada hər şey çox möhtəşəmdir. Fürsətdən istifadə edərək Emin Ağalarova xüsusi minnətdarlığımızı bildirmək istərdik. Bir neçə saat əvvəl tanınmış adamı və istedadlı musiqiçi bizim rusiyalı "nənələr"lə görüşdüonlara uğurlar arzuladı. Həmin görüşdə biziştirak edirdik. Sonda Emin "Buranovo nənələri"nə və biz jurnalistlərə öz yeni diskini ərməğan etdi.

 

Remi SİQVARDT, Danimarka, bəstəkar:

- İlk dəfədir Azərbaycana səfər edirəm. Bakıda gördüyüm möhtəşəmlik və gözəlliyi sözlə izah etməkdə çətinlik çəkirəm. Burada hər şeydən ləzzət alıram. Siz həqiqətən xoşbəxt xalqsınız.

Builki mahnı müsabiqəsinin favoritləri barədə deyə bilərəm ki, Azərbaycan təmsilçisi Səbinə Babayevanın çox gözəl səsi var. İfa etdiyi mahnısının melodiyası da ürəklərdə iz qoyur. Lakin mən "Eurovision-2012"nin qalibi kimi Danimarkanı görmək istərdim.

 

 

Rizvan HİLALOĞLU

 

Azərbaycan.- 2012.- 26 may.- S. 12.