Lahıc sənətkarlarının əl işləri almaniyalı turistləri valeh etmişdir

 

 "Eurovision-2012" mahnı müsabiqəsini izləmək üçün Azərbaycana gələn almaniyalı ər-arvadlar MüllerNina Fişerlər qədim yaşayış  məskənlərindən sayılan İsmayıllı rayonunun Lahıc qəsəbəsində olmuşlar.

AzərTAc xəbər verir ki, bu günlər bütün Avropanın diqqət mərkəzində olan, möhtəşəm mahnı müsabiqəsinin həyəcanı ilə yaşayan paytaxt Bakıdan öz sakit və əsrarəngiz təbiəti ilə seçilən Lahıc qonaqlarda xoş təəssürat yaratmışdır. Bu xoş təəssürat qəsəbəni gəzən Fişerlərin sakinlərlə ünsiyyətindən də aydın sezilmişdir.

Lahıclı sənətkarların əl işləri avropalı turistləri xüsusilə heyran etmişdir. Qonaqlar xoşlarına gələn suvenirləri böyük həvəslə almışlar. "Bunlar Azərbaycandan bizə əbədi xatirə olaraq qalacaqdır", - deyə Nina Fişer bildirmişdir. Almaniyalı xanım qonaqpərvər, səsli-küylü Bakı kimi, dağlar qoynunda yerləşən və sakit bir yer olan Lahıcın da əsrarəngiz gözəlliyi ilə insanı valeh etdiyini diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 26 may.- S. 12.