“Eurovision” mahnı müsabiqəsinin
ilk qalibi Lis Asia “Eurovision” Mərkəzində olmuşdur
Xəbər
verdiyimiz kimi, 1956-cı ildə keçirilmiş ilk
"Eurovision" mahnı müsabiqəsində təmsil
etdiyi İsveçrəyə qalibiyyət
qazandırmış Lis Asia 57-ci yarışmanın
yarımfinal və final şoularını izləmək
üçün Bakıya gəlmişdir.
"Eurovision"
mahnı müsabiqəsinin ilk qalibi
"Eurovision" Mərkəzində olmuşdur. AzərTAc
eurovision.az saytına istinadla xəbər verir ki, isveçrəli
qonaq mərkəzdə yarışmanın 57 illik tarixini və
Azərbaycanın "Eurovision" səhnəsindəki qələbəsini
əks etdirən ekspozisiyanı maraqla izləmişdir.
Görkəmli müğənni həmçinin burada
açılmış Azərbaycan
milli musiqi alətlərinin sərgisinə tamaşa
etmişdir.
Daha
sonra mayın 24-də "Atəşgah" Məbədi
Dövlət Tarix-Memarlıq Qoruğunda olan Lis Asia "Light
your fire!" şüarının ölkəmizə
çox yaraşdığını demişdir. Xanım müğənni
mayın 26-da "Baku Crystall Hall"da böyük maraqla izləyəcəyi
final şousu ərəfəsində bütün
"Eurovision" fanatlarına buradan builki müsabiqənin əsas
şüarı ilə səslənmişdir.
Azərbaycan.- 2012.- 26 may.- S. 12.