“Rabitə dünyası” qəzetinin “Eurovision” mahnı müsabiqəsinə
həsr olunmuş ingilis
dilində xüsusi
buraxılışı nəşr olunmuşdur
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) rəsmi orqanı olan "Rabitə dünyası" qəzetinin Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsinə həsr olunmuş ingilis dilində xüsusi buraxılışı nəşr olunmuşdur.
AzərTAc xəbər verir ki, yüksək tərtibatla və zövqlə nəşr olunan qəzetdə "Eurovision" mahnı müsabiqəsinin tarixi, "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın müsabiqə haqqında fikirləri, ölkəmizin "Eurovision" müsabiqəsində iştirak etdiyi 5 il ərzində əldə etdiyi uğurlu nəticələr, "Eurovision-2012"nin təşkili barədə məlumatlar, eləcə də müsabiqənin texniki təchizatı üçün RİTN tərəfindən həyata keçirilən işlər barədə geniş məlumat verilmişdir.
Xüsusi buraxılışda "Eurovision-2012" mahnı
müsabiqəsində bu il
ölkəmizi təmsil edən Səbinə Babayeva
ilə yanaşı, digər ölkə təmsilçiləri,
həmçinin müsabiqənin hər iki
yarımfinalının nəticələri barədə məlumatlar
yer almışdır.
Azərbaycan.- 2012.- 27 may.- S. 3.