Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 Zati-aliləri!

 

Azərbaycanın əlamətdar bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.

Əminəm ki, mövcud yüksək səviyyəli əməkdaşlığımız xalqlarımıza rifah gətirərək, qardaşlıq əlaqələrimizi gələcək illərdə daha da möhkəmləndirəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, dərin ehtiramımı qəbul etmənizi Sizdən xahiş edirəm.

 

 

Asif Əli ZƏRDARİ,

Pakistan İslam Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 27 may.- S. 3.