Azərbaycanlı diplomatın Belarus Dövlət Universitetində ölkəmizə dair məruzəsi maraqla qarşılanmışdır

 

Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə Belarus Dövlət Universitetinin tələbələri ilə görüşmüşdür.

Səfirlikdən bildirmişlər ki, görüşdə səfirin Azərbaycan tarixi, diplomatiyası, habelə Azərbaycan-Belarus əlaqələri mövzusunda məruzəsi dinlənilmiş və tələbələrin  çoxsaylı sualları cavablandırılmışdır.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı mövzularına daha geniş yer ayırmış və tarixi faktlara, xüsusilə erməni və rus müəlliflərinin XX əsrin əvvəllərində yazdıqları materiallara əsaslanaraq bədnam qonşuların uydurma iddialarını ifşa etmişdir. Səfir görüşdə iştirak edən erməni əsilli tələbələrin qərəzli suallarını da konkret faktlarla cavablandırmışdır.

Görüş universitetin tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanmışdır. Bu cür görüşlərin mütəmadi keçirilməsi ilə bağlı razılıq əldə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 15 may.- S. 2.