Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Çox şadam ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında mövcud olan ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir.
Çex Respublikası Azərbaycan Respublikasını özünün mühüm tərəfdaşı hesab edir və bütün sahələrdə ikitərəfli qarşılıqlı faydalı əlaqələrin bundan sonra da inkişafında maraqlıdır. Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da möhkəmlənəcək və genişlənəcəkdir. Cari ilin aprelində Sizin Çex Respublikasına dövlət səfəriniz bu əlaqələrin inkişafına təkan vermişdir.
Dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm.
Vatslav KLAUS,
Çex Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 27 may.- S. 3.