Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham
Heydər oğlu!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan sosial-iqtisadi inkişaf, vətəndaşların rifahının yüksəldilməsi yolu ilə irəliləyərək sanballı nəticələrə nail olmuşdur. Respublikanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi onun beynəlxalq arenada nüfuzunun artmasının daha bir təsdiqi olmuşdur.
Biz dostluq, qarşılıqlı rəğbət və etimad əsasında inkişaf edən Rusiya-Azərbaycan münasibətlərinin müsbət dinamikasını yüksək qiymətləndiririk. İkitərəfli əməkdaşlığı daha da genişləndirmək, strateji tərəfdaşlığımızı ticari-iqtisadi və mədəni-humanitar sahələrdə yeni, perspektivli layihələrlə zənginləşdirmək əzmindəyik.
Əminəm ki, fəal siyasi dialoq, qarşılıqlı faydalı əlaqələrin diapazonunun durmadan genişlənməsi, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı əlaqələrin dərinləşməsi ölkələrimizin xalqlarının əsas mənafelərinə, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunub saxlanması vəzifələrinə uyğundur.
Sizə cansağlığı və səadət, Azərbaycan vətəndaşlarına isə sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
Vladimir PUTİN,
Rusiya Federasiyasının Prezidenti
Azərbaycan .- 2012.- 27 may.- S. 3.