Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham
Heydər oğlu!
İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə təbrik edim.
Tərəqqi və firavanlıq yolu ilə inamla irəliləyən, cəmiyyətdə genişmiqyaslı islahatlar aparılması, iqtisadi və sosial sahənin dəyişdirilməsi, beynəlxalq arenada ölkənin nüfuzunun artırılması üzrə nəzərdə tutulan planları ləyaqətlə həyata keçirən Azərbaycanın sanballı uğurlarını Özbəkistanda məmnunluqla qeyd edirlər.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən yaranmış ənənəvi dostluq münasibətləri, çoxplanlı sıx əməkdaşlıq bundan sonra da qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və hərtərəfli firavanlıq arzu edirəm.
Hörmətlə,
İslam KƏRİMOV,
Özbəkistan
Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 27 may.- S. 3.