Mehriban xanım ƏLİYEVA: Eurovision mahnı müsabiqəsi musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır

 

"Eurovision" mahnı müsabiqəsi musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır.

AzərTAc xəbər verir ki, bu sözlər müsabiqəni işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın  təbriklərində yer almışdır.

Azərbaycanın birinci xanımı müxtəlif ölkələrin, xalqların və mədəniyyətlərin musiqi bayramı olan "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçıları və qonaqlarını ürəkdən salamlamışdır.

Mehriban xanım Əliyeva vurğulamışdır ki, bu dəfə bu mötəbər müsabiqə dünya musiqisevərlərinin diqqətini müsəlman Şərqində ilk operailk baletin, UNESCO tərəfindən bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş muğamın, ürəkləri riqqətə gətirən "Qarabağ şikəstəsi" kimi möcüzəli musiqinin beşiyi olan Azərbaycana yönəldir. Xalqımız dünya mədəniyyəti incilərini özündə Şərq və Qərb motivlərini, müasir ritm və qədim nəğmələri ahəngdar şəkildə birləşdirən milli musiqi əsərləri ilə daim zənginləşdirmiş, dünya musiqi mədəniyyətinin inkişafına öz töhfəsini vermişdir.

"Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri qeyd etmişdir ki, ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olmuşdur. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış  yaşamaqda davam edirlər. "Eurovision" mahnı müsabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tamaşaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək.

Azərbaycanın birinci xanımı bildirmişdir ki, "Eurovision" mahnı müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etmişdir. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olanxalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır.

 

 

Azərbaycan.- 2012.- 15 may.- S. 3.