Alman alimi televiziya müsahibəsində Ermənistanı
işğalçı adlandırmışdır
Son dövrlər, Azərbaycanda Avropa mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Almaniya televiziya kanallarında Azərbaycan ilə bağlı verilişlər efirə gedir. Bu verilişlərin bir hissəsi ölkəmizə qarşı müsbət münasibəti ilə seçilir və Almaniya ictimaiyyətində ölkəmiz haqqında müsbət təəssüratın yaranmasına xidmət edir.
Belə ki, "TV Berlin" televiziya
kanalında "Standort
Berlin" verilişi efirə
getmişdir. Verilişdə sözügedən telekanalın aparıcısı
Peter Brinkmann Almaniyanın
tanınmış elm xadimi,
şərqşünas professor Udo Ştaynbaxdan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı müsahibə
götürmüşdür. Müsahibədə alman alimi Dağlıq Qarabağın
Azərbaycanın tərkib
hissəsi olduğunu birmənalı şəkildə
vurğulamış, bu
ərazinin və 7 ətraf rayonun Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunduğunu
bildirmişdir. O, beynəlxalq
hüququn bu məsələdə Azərbaycanın
tərəfində olduğunu
və bunu təsdiq edən çoxsaylı beynəlxalq
sənədlərin, o cümlədən
BMT Təhlükəsizlik Şurasının,
Avropa Şurasının,
ATƏT-in müvafiq qətnamələrinin
mövcudluğunu dilə
gətirmişdir. O, işğal
olunmuş ərazilərdə
azərbaycanlılara qarşı
etnik təmizləmə
aparıldığını və işğal siyasətinin Ermənistanı
iqtisadi və siyasi cəhətdən təcrid vəziyyətinə
saldığını ifadə
etmişdir. Münaqişənin həll olunması
istiqamətində Avropa
İttifaqının və
Almaniyanın səylərini
gücləndirməli olmasını
qeyd edən professor Ştaynbax bunun münaqişənin siyasi
yolla həllinə əhəmiyyətli dərəcədə
kömək göstərəcəyini
bildirmişdir.
Vüqar SEYİDOV
Azərbaycan.- 2012.- 27 may.- S. 4.