“Baku Crystal Hall” kimi əzəmətli bir binanın qısa müddətdə inşa olunmasından heyrətlənməmək
mümkün deyil
"Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Baku Crystal Hall" kimi əzəmətli bir binanın qısa müddətdə inşa olunmasından heyrətlənməmək mümkün deyil. Həmçinin bina şounun keçirilməsinin yüksək tələblərinə tamamilə cavab verir.
Bu sözləri AzərTAc-a
müsahibəsində ispaniyalı
jurnalist Jose Miguel Pes Arino demişdir.
Altı ildir jurnalist kimi "Eurovision" mahnı
müsabiqəsinə qatıldığını
deyən ispaniyalı jurnalist Bakı şousunun çox maraqlı təşkil edildiyini diqqətə çatdırmış, həmçinin
şəhərin "Eurovision" ab-havası ilə əhatə olunduğunu qeyd etmişdir.
Jose Miguel
Pes Arino bir jurnalist kimi
Mətbuat Mərkəzində
hər cür şərait yaradıldığını, iş prosesində
qarşıya çıxacaq
bütün problemlərin
burada qabaqcadan nəzərə alındığını
bildirmişdir. O, İsveç,
İtaliya, İspaniya,
Azərbaycan təmsilçilərinin
çıxışlarını yüksək qiymətləndirmiş
və bütün
iştirakçılara uğurlar
arzulamışdır.
Azərbaycan.- 2012.- 27 may.- S. 9.