Luc Sermeus:
Bakının təmizliyi, insanların qonaqpərvərliyi
adamı valeh edir
Bakının təmizliyi, insanların qonaqpərvərliyi adamı valeh edir. Burada gördüklərim məndə çox xoş təəssüratlar yaratmışdır.
Bu sözləri AzərTAc-a müsahibəsində Belçikadan gəlmiş jurnalist Luc Sermeus demişdir.
Bildirmişdir ki, on bir ildir
jurnalist kimi
"Eurovision" mahnı müsabiqəsinə
qatılır. Artıq iki həftədir
Bakıda olduğunu deyən Luc Sermeus şəhər turuna çıxdığını, qədim və müasir memarlıq nümunələrini seyr etdiyini nəzərə çatdırmışdır.
Luc Sermeus bir jurnalist kimi
"Eurovision" mahnı müsabiqəsini
işıqlandırmaq üçün
Mətbuat Mərkəzində
KİV nümayəndələri üçün hər cür şərait yaradıldığını, könüllülərin
fəaliyyətindən razılığını
söyləmişdir.
Bakı
şousunun müvəffəqiyyətlə
davam etdiyini bildirən belçikalı
jurnalist "Baku Crystal Hall"un gözəl və modern, ən müasir standartlara cavab verən hər bir şeylə
təchiz olunduğunu
diqqətə çatdırmışdır.
Məşqlərdə iştirak
etmiş Luc Sermeus Rusiya, İsveç, Azərbaycan təmsilçilərinin
ifalarını yüksək qiymətləndirmişdir. Sevimli ifaçısının Makedoniya təmsilçisi olduğunu
deyən belçikalı jurnalist bütün iştirakçılara uğurlar arzulamışdır.
Azərbaycan.- 2012.- 27 may.- S. 9.