Ali DURGUT: Bakı indiyədək olduğum şəhərlərdən ən gözəlidir

 

Bakı indiyədək olduğum şəhərlərdən ən gözəli, Bakı şousu indiyə qədər müşahidə etdiyim yarışmalardan ən yaxşısıdır.

Bu sözləri AzərTAc-a müsahibəsində Türkiyənin "Eurovisiondream" klubunun rəhbəri Ali Durgut demişdir.

On yeddi ildir jurnalist kimi "Eurovision" mahnı müsabiqəsinə qatıldığını deyən Ali Durgut keçən il Azərbaycan təmsilçilərinin Düsseldorfdakı böyük uğurundan çox şad olduğunu vurğulamışdır. Biz Azərbaycanı sevirik, qardaşıq. Lakin müsabiqəyə belə yüksək səviyyədə hazırlığı gözləmirdik. Heydər Əliyev Beynəlxalq Aeroportuna endiyimiz zaman yaxşı mənada təəccübləndik. Bakı gözəl şəhərdir, Düsseldorfdan, yarışmanın indiyədək keçirildiyi digər şəhərlərdən çox fərqlidir. Burada hər şey moderndir. İnsanlar çox mehribandırlar. Bakını mütləq görmək lazımdır.

Çox qısa zamanda inşa olunmuş "Baku Crystall Hall" möhtəşəmdir, Mətbuat Mərkəzi geniş və rahatdır. İnsan burada sıxılmır. Özümü Türkiyədəki kimi hiss edirəm.

Yarışmadan danışan Ali Durgut İsveç, Rumıniya, Azərbaycan, Rusiya təmsilçilərinin uğur qazanmaq imkanlarının olduğunu bildirmiş, ifaçılara müvəffəqiyyət arzulamışdır.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 11.