Alec Parkin: Bakı şousu çox gözəl təşkil olunmuşdur

 

Bakı şousu çox gözəl təşkil olunmuşdur. "Baku Crystal Hall" istər daxildən, istərsə də xaricdən çox gözəldir.

Bu sözləri AzərTAc-a müsahibəsində "Eurovision" mahnı müsabiqəsi üzrə xarici medianın nümayəndəsi, Böyük Britaniyadan olan Alec Parkin demişdir.

Bildirmişdir ki, Bakıda hər şey gözəl və mükəmməlidir. Xəzər dənizinin sahilindəki Milli Parkda istirahət üçün hər bir şərait yaradılmışdır. Buranın iqlimi da gözəldir. Bakının qədim və müasir tikililəri diqqəti xüsusilə cəlb edir. Sakinlərin qonaqpərvərliyini, qayğıkeşliyini isə unutmaq mümkün deyildir. Alec Parkin öz ölkəsinə qayıtdıqdan sonra xoş təəssüratlarını yaxınları və dostları ilə bölüşəcəyini diqqətə çatdırmışdır. 

Jurnalist kimi on ildir "Eurovision" mahnı müsabiqəsində iştirak edən Alec Parkinin yarışmada ən çox xoşuna gələn ifaçı İspaniya təmsilçisi Pastora Solerdir. O, həmçinin birinci üçlükdə İsveç, İspaniya və İtaliyanın olacağına dair proqnozunu bildirmişdir.

Alec Parkin bütün iştirakçılara uğurlar arzulamışdır.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 11.