Azərbaycanın Çexiyadakı səfirliyində 28 may - Respublika Günü münasibətilə tədbir keçirilmişdir

 

Azərbaycanın Çexiyadakı səfirliyi 28 may - Respublika Günü münasibətilə tədbir keçirmişdir.

Tədbirdə Çexiyanın birinci xanımı Liviya Klausova, Baş nazirin birinci müavinixarici işlər naziri Karel Şvartsenberq, Parlament Senatı sədrinin müavini Alena Qayduşkova, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Ladislav Mravets, Baş nazirin keçmiş birinci müavinikeçmiş xarici işlər naziri Yan Kohout, eləcə də çoxsaylı senatordeputatlar, nazir müavinləri və idarə rəisləri, diplomatik korpus nümayəndələri, Çexiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr iştirak etmişlər.

Tədbirdə Çexiya və Azərbaycanın himnləri səsləndirilmişdir. Qonaqları salamlayan Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, ikitərəfli əməkdaşlığın uğurlu inkişafı və ölkəmizin xarici siyasətinin əsas prinsipləri haqqında danışmışdır.

Birinci xanım L.Klausova Çexiya Prezidenti Vatslav Klausun Azərbaycan Prezidenti İlham Əliyevə təbriklərini çatdırmışdır.

Tədbir zamanı canlı Azərbaycan musiqisi səsləndirilmiş, milli xörəklər təklif edilmişdir.

 

 

Pərvanə QARAYEVA

 

Azərbaycan.- 2012.- 27 may.- S. 11.