Çexiyada 28 may - Respublika Günü geniş qeyd edilmişdir

 

Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən 28 may - Respublika Günü münasibətilə tədbir təşkil edilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfirliyin binasında keçirilən tədbirdə rəsmi qonaq qismində Çexiyanın birinci xanımı Liviya Klausova Baş nazirin birinci müavini - xarici işlər naziri Karel Şvartsenberq iştirak etmişlər. Tədbirə, həmçinin Çexiya parlamenti Senatı sədrinin müavini Alena Qayduşkova, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Ladislav Mravets, Senatın Yuxarı Palatasında yeni yaradılmış Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri - Yan Hornik, Vtslav Koukal, Martin Tesarjik, Petr Qavlas, Petr Bratski, o cümlədən Senatın Xarici Əlaqələr Komitəsinin sədri Yozef Regets, parlamentin Deputatlar Palatasının bir neçə üzvü, xarici işlər, mədəniyyət, sənaye ticarət nazirlərinin müavinləri qatılmışlar.

Səfir Tahir Tağızadə Çexiya Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərini xatırlatmışdır. Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın uğurlu inkişafından danışan diplomat Azərbaycanın xarici siyasətinin əsas prinsipləri barədə məlumat vermişdir.

Xanım Liviya Klausova Çexiya Prezidenti Vatslav Klausun təbriklərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmışdır.

Tədbirdə Azərbaycan musiqisinin nadir inciləri səsləndirilmiş, milli mətbəximizin nümunələri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 11.