Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü və özəl sektor mövzusunda seminar keçirilmişdir

 

 Masallıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin "Azərbaycanda ticarət və rəqabətlilik" Proqramı çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sahibkarlar üçün "Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü və özəl sektor" mövzusunda seminar keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, seminarda DTT-yə üzvlük prosesi, yerli istehsalın rəqabətqabiliyyətliyinin artırılması və s. barədə məlumat verilmişdir.

Tədbirdə İİN-in, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri, "Azərbaycanda ticarət və rəqabətlilik" layihəsinin ekspertləri və sahibkarlar iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 12.