AzərTAc-ın İrandakı xüsusi müxbirinin Şuşanın işğalı ilə bağlı məqaləsi Tehran Universitetinin rəsmi saytında yerləşdirilmişdir

 

 Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) İrandakı xüsusi müxbirinin "Azərbaycanın ən qədim mədəniyyət mərkəzi Şuşa şəhəri 20 ildir ki, Ermənistanın işğalı altındadır" sərlövhəli məqaləsi fars dilində Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin rəsmi saytında yerləşdirilmişdir  (http://www.ccsi.ir/vdch.6nkt23nkvftd2.html).

Məqalədə dünya mədəniyyətinin inkişafına böyük töhfələr vermiş Şuşa şəhərinin coğrafi mövqeyi, əhalisinin milli tərkibi, tarixi, maddiqeyri-maddi mədəni irsis. məsələlər barədə farsdilli oxuculara ətraflı məlumat verilmişdir.

Müəllif tarixi mənbələrə istinadla əsaslandırmışdır ki, Şuşa Azərbaycan xalqının ən qədim mədəniyyət mərkəzidir.

Yazıda vurğulanır ki, 1832-ci ildə ərazidə keçirilmiş siyahıyaalmanın  məlumatlarına əsasən, Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar  təşkil etmişlər. XX əsrdə üç dəfə erməni təcavüzünə məruz qalmış Şuşa 1992-ci il mayın 8-də baş vermiş sonuncu hərbi müdaxilə nəticəsində işğal olunmuşdur. Ötən 20 ildə Ermənistan tərəfindən işğal altında saxlanılan şəhər tamamilə dağıdılmışdır. Ən dəhşətlisi isə odur ki, ziyarətgahlar, məscidlər təhqirlərə məruz qalmışdır. Müəllif yazır ki, Ermənistan bu vandallığı ilə sanki bütün müsəlman dünyasına qarşı meydan oxuduğunu göstərir.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 14.