Qətər Dövlətinin Əmiri əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taniyə

 

 Əlahəzrət!

 

Doha şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın, xüsusən də uşaqların həlak olması xəbəri məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Qətər xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 30 may.- S. 1.