Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Meksika xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi naminə birgə fəaliyyətimizin davam etdiriləcəyini öz tərəfimdən bir daha təsdiq etmək istərdim.

Xahiş edirəm, Azərbaycan xalqına tərəqqi və rifah arzularımı və Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz.

 

Hörmətlə,

 

 

Felipe Kalderon İNOXOSA,

Meksika Birləşmiş Ştatlarının Prezidenti

 

Azərbaycan.- 2012.- 30 may.- S. 3.