Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə zati-alinizi yunan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri gələcək illər ərzində hər iki xalqın qarşılıqlı mənafeyinə uyğun olaraq inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək bir daha Azərbaycan xalqına tərəqqi və rifah, Sizə cansağlığı arzu edirəm.
Səmimiyyətlə,
Karolos PAPULYAS,
Yunanıstan Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 30 may.- S. 3.