Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident!

 

Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizi Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan təbrik edir, ən səmimi diləklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, dost xalqınıza isə inkişaf və firavanlıq arzularımı yetirməkdən məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək naminə Sizinlə birlikdə fəaliyyət göstərmək əzmində olduğumu bir daha bildirmək istəyirəm.

 

 

Dərin hörmətlə,

 

Əbdüləziz BUTEFLİKA,

Əlcəzair Xalq Demokratik

Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 30 may.- S. 3.