Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Əssalamu əleykum və rəhmətullahi və bərəkatuh!

 

Zati-aliləri, mənim əziz qardaşım!

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə zati-alilərinizə xoşbəxtlik və cansağlığı arzulayır, səmimi təbriklərimi böyük məmnuniyyətlə çatdırıram. Mən həmçinin Sizin müdrik rəhbərliyiniz altında xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, xalqlarımızın islami qardaşlıq, ölkələrimiz arasında mövcud olan məhsuldar əməkdaşlıq və fəal həmrəylik əlaqələrini yüksək qiymətləndirdiyimi demək istərdim.

Mən bizim əlaqələrin möhkəmləndirilməsi və xalqlarımızın istəklərinin yerinə yetirilməsi üçün zati-alilərinizlə işləməyi davam etdirməyi çox arzu edərdim. Beləliklə, biz iki millət arasında ortaq maraqları paylaşaraq və müsəlman ümmətin ədalətli işlərinə və uca məqsədlərə nail olmasına xidmət edəcəyik.

 

 

Hörmətlə,

 

VI MƏHƏMMƏD,

Mərakeş Kralı

 

Azərbaycan.- 2012.- 30 may.- S. 3.