Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!   

 

Azərbaycanın əlamətdar milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikası hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda Cənubi Afrika Respublikasının hökuməti və xalqı da mənə qoşulur.

Fürsətdən istifadə edərək, zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli dostluq münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsi diləyimi bir daha ifadə edirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Cakob ZUMA,

Cənubi Afrika Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 30 may.- S. 3.