Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin gələcəkdə daha da çiçəklənməsi üçün ən xoş arzularımı çatdırmaq istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə, Azərbaycan hökumətinə və xalqına BosniyaHerseqovinayaonun xalqına verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm.

Cənab Prezident, əminəm ki, BosniyaHerseqovina və Azərbaycan Respublikası arasındakı əməkdaşlıq dostluq və tərəfdaşlıq ruhunda davam edərək ölkələrimizin sabitliyi və tərəqqisinə töhfəsini verəcəkdir.

Zati-aliləri, xahiş edirəm, ən dərin hörmət və ehtiramımı qəbul edin.

 

 

Sizinlə görüşmək arzusu ilə,

 

Bakir İZZETBEKOVİÇ,

Bosniya və Herseqovinanın

Rəyasət Heyətinin Sədri

 

Azərbaycan.- 2012.- 30 may.- S. 3.