Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycanın əlamətdar milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə səmimi təbriklərimi, ölkənizin və xalqınızın əmin-amanlığı, tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırıram.
Toni Tan Ken YAM,
Sinqapur Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 30 may.- S. 4.